Xəzər Xəbər

Kreml Belarusda saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid edir

Dünya | 17:35 • 31 İyul 2020
Kreml Belarusda saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid edir

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.


Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı insident barədə ətraflı danışıqlar aparılıb.


"Yaxın vaxtlarda bu hadisəyə aydınlıq gətiriləcəyi və əsassız saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid edildiyi bildirilib", - deyə Kremlin məlumatında vurğulanıb.


Bundan başqa, iclasda ölkə daxilində sosial-iqtisadi gündəmə dair müxtəlif məsələlər müzakirə olunub.


Qeyd edək ki, Rusiyanın "Vaqner” özəl hərbi qrupunun döyüşçüləri Belarusda saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar