Xəzər Xəbər

Çində koronavirusa daha 138 nəfər yoluxub

Dünya | 10:41 • 31 İyul 2020
Çində koronavirusa daha 138 nəfər yoluxub

Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 138 nəfər yoluxub.


Xezerxeber.az-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 127-nin aktiv formada, 11-nin isə simptomsuz formada olduğu bildirilir.


Məlumata əsasən, aktiv formada olan yoluxma hallarının 123-ü ölkə daxilində, 4-ü isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.


Qeyd edilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölən olmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 922 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Xəbər lenti