Xəzər Xəbər

Əməliyyat olunan Səudiyyə Ərəbistanı kralı xəstəxanadan buraxılıb

Dünya | 09:51 • 31 İyul 2020
Əməliyyat olunan Səudiyyə Ərəbistanı kralı xəstəxanadan buraxılıb

Öd kisəsindən əməliyyat olunan Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Aziz Al Saud Ər-Riyadda yerləşən Kral Feysəl Xəstəxanasından çıxarılıb.


Xezerxeber.az yerli "SPA” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kral sarayı açıqlama yayıb.


Qeyd edək ki, öd kisəsi iltihabı diaqnozu qoyulan 84 yaşlı kral Salman iyulun 20-də tibbi müayinə üçün xəstəxanaya yerləşdirilmişdi.

Xəbər lenti