Xəzər Xəbər

Kolumbiyada təyyarə qəzaya uğrayıb

Dünya | 09:12 • 31 İyul 2020
Kolumbiyada təyyarə qəzaya uğrayıb

Kolumbiya hökumət orqanlarının yaydığı məlumata görə, ölkənin cənubunda itmiş yüngülmühərrikli təyyarə tapılıb. Bununla bağlı Kolumbiya Mülki Aviasiya İdarəsi məlumat yayıb.


Xezerxeber.az TASS informasiya agentliyin istinadla xəbər verir ki, təyyarə Amasonas departamentində Tarapaka bələdiyyəsi yaxınlığında Putumayo çayı üzərində qəzaya uğrayıb. Təyyarənin pilotu ölüb. İki sərnişin yaralanıb.


Daha əvvəlki məlumatda Pakoa (Vaupes departamenti) və Letisiya (Amasonas) şəhərləri arasında uçuşu həyata keçirən yüngülmühərrikli Cessna 142 təyyarəsinin itməsi xəbəri verilmişdi.

Xəbər lenti