Xəzər Xəbər

ÜST bütün ölkələri COVAX sxeminə qoşulmağa çağırıb

Dünya | 09:05 • 31 İyul 2020
ÜST bütün ölkələri COVAX sxeminə qoşulmağa çağırıb

COVAX təşəbbüsünə qoşulan ölkələrin koronavirusa qarşı vaksin əldə etmək üçün daha çox şansları var.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu brifinqdə ÜST-nin elmi işçisi Sumya Svaminatan söyləyib. Onun sözlərinə görə, COVAX təşəbbüsü vaksin hazır olduqdan sonra onun daha tez və bərabər şəkildə əlçatan olmasına təminat verilməsinə yönəldilib. Dövlətlər COVAX təşəbbüsünə nə qədər çox qoşulsalar, sxem bir o qədər çox uğurla işləyəcək.


Hazırda 75-dən çox ölkə ÜST-nin, Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın (GAVI) və epidemiyalara hazırlığın təmin edilməsi sahəsində innovasiyalar üçün koalisiyanın (CEPI) birgə başladığı təşəbbüsə maraq göstərdiklərini bildirib və ya qoşulub. Təşəbbüsün məqsədi 2021-ci ilin sonunda azı 2 milyard doza miqdarında effektiv və bəyənilmiş vaksinin bölüşdürülməsidir.

Xəbər lenti