Xəzər Xəbər

Tramp prezident seçkilərinin təxirə salınmasını təklif edib

Dünya | 19:54 • 30 İyul 2020
Tramp prezident seçkilərinin təxirə salınmasını təklif edib

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin təxirə salınmasını təklif edib.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə D. Tramp "Twitter"də bildirib.


O, ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar poçtla səsvermənin keçiriləcəyi 2020-ci ilin ABŞ-ın seçkilər tarixində ən qeyri-dəqiq və saxta il olacağını vurğulayıb.


"Bu, ABŞ üçün böyük bir ayıb olacaq. İnsanlar düzgün, etibarlı və təhlükəsiz səs verə bilənə qədər seçkilər təxirə salınsın?”, - deyə D. Tramp qeyd edib.

Xəbər lenti