Xəzər Xəbər

Türkiyədə terror aktının qarşısı alınıb

Dünya | 19:48 • 30 İyul 2020
Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Diyarbəkir vilayətində antiterror əməliyyat keçiriblər.


Xezerxeber.az xəbər verir ki, əməliyyat zamanı İŞİD qruplaşmasının terror aktı törətməyi planlaşdıran doqquz üzvü həbs edilib. Axtarış zamanı dəstə üzvlərinin olduqları ünvanlardan silah-sursat və digər ləvazimatlar götürülüb.


Dəstə üzvlərinin Qurban bayramı günlərində terror aktları törətməyi planlaşdırdıqları müəyyənləşib.

Xəbər lenti