Xəzər Xəbər

Hindistanda COVID-19-a yoluxmada yeni rekord qeydə alınıb

Dünya | 16:41 • 30 İyul 2020
Hindistanda COVID-19-a yoluxmada yeni rekord qeydə alınıb

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda - 52 min 123 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 milyon 583 min 792 nəfərə çatıb.

Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər yayıb ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 775 ölüm baş verib. İndiyədək Hindistanda 34 min 968 nəfər bu virusdan ölüb.

Nazirlik ölkədə virusa yoluxmanı müəyyən etmək üçün indiyədək 18 milyondan çox test aparıldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Xəbər lenti