Xəzər Xəbər

Ərdoğan: Pandemiya dövrünü uğurla idarə etdik

Dünya | 13:50 • 30 İyul 2020
Ərdoğan: Pandemiya dövrünü uğurla idarə etdik

"Pandemiya dövrünü dünyanın təqdirini qazanacaq şəkildə uğurla idarə etdik”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqı təbrik edərkən deyib.


O bildirib ki, turizm istisna olmaqla, ölkədə bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb.


Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək bundan sonra da onları sanitar-gigiyenik qaydalara riayət etməyə, habelə tibbi maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırıb.


"Əldə etdiyimiz uğurları qoruyub, daha böyük hədəflərə doğru addımlamalıyıq”, - deyə Ərdoğan vurğulayıb.

Xəbər lenti