Xəzər Xəbər

Hindistanda maskasız gəzən keçi həbs olundu

Dünya | 09:48 • 30 İyul 2020
Hindistanda maskasız gəzən keçi həbs olundu

Hindistan polisi Uttar-Pradeş ştatının Kanpur şəhərində qoruyucu maska taxılmadığı üçün keçini həbs edib.

Şəhərin mərkəzində maskasız gəzən keçini görən polis əməkdaşı onu maşına qoyub və bölməyə aparıb.

Bir müddət sonra keçinin sahibi bölməyə gələrək heyvanın buraxılmasını xahiş edib. Polis gələcəkdə bu qaydanın pozulmaması şərti ilə heyvanı sahibinə təhvil verib.

Xəbər lenti