Xəzər Xəbər

Bu ölkədə bir sutkada koronavirusdan 859 nəfər öldü

Dünya | 18:20 • 29 İyul 2020
Bu ölkədə bir sutkada koronavirusdan 859 nəfər öldü

Koronavirusa görə ən ağır vəziyyətin yaşandığı ölkələrdən biri də Meksikadır.


Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Meksikada bu gündə qədər 402,697 nəfərin koronavirus testlərinin nəticələri müsbət çıxıb.


Dünənki statistikaya görə, sutka ərzində 7208 nəfərdə Covid-19 aşkarlanıb, koronavirus testi müsbət çıxan 854 nəfər dünyasını dəyişib.


Bu ölkədə ümumilikdə koronavirusdan ölənlərin sayı 45 minə yaxınlaşır ki, bu da Çin, İtaliya, İspaniya, Hindistandakı rəqəmlərdən də yüksəkdir.


Meksika koronavirusa yoluxanların sayına görə siyahıda altıncı yerdə qərarlaşıb. Burada 1 milyon əhali payına düşən ölüm nisbəti 348-dir.


Koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Milli.Az

Xəbər lenti