Xəzər Xəbər

Qazaxıstanda karantin daha iki həftə uzadıldı

Dünya | 16:51 • 29 İyul 2020
Qazaxıstanda karantin daha iki həftə uzadıldı

Qazaxıstan koronavirusa qarşı mübarizə məqsədilə məhdudlaşdırıcı tədbirləri daha iki həftə uzadılıb.


XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə epidemioloji vəziyyətlə əlaqədar keçirdiyi iclasda qərar verib.


Qazaxıstan Prezident bildirib ki, karantin müddətinin daha iki həftə uzadılması vətəndaşların sağlamlığı və pandemiyadan həyatını itirənlərin sayının azaldılması üçün vacibdir.


Qeyd edək ki, Qazaxıstanda COVID-19-dan 793 nəfər vəfat edib. Ümumilikdə 86 192 nəfər virusa yoluxub, 56 638 nəfər isə xəstəliyə qalib gəlib.

Xəbər lenti