Xəzər Xəbər

60 milyon peyvənd sifariş verildi Hökumət koronavirusa qarşı hərəkətə keçdi

Dünya | 17:42 • 29 İyul 2020
60 milyon peyvənd sifariş verildi

İngiltərə hökuməti "Sanofi” və "GlaxoSmithKline” şirkətləri tərəfindən istehsal edilən koronavirus peyvəndindən 60 milyon ədəd sifariş edib.


Bu barədə şirkətlərdən verilən açıqlamada deyilir.


Bildirilib ki, hələ də sınaq müddətində olan peyvəndlərin tamamlanması 2021-ci ildə baş tutacaq.


Qeyd edək ki, İngiltərə hökuməti daha əvvəl Almaniyanın "BioNTech” və ABŞ-ın "Pfizer” şirkətinin birgə ərsəyə gətirdiyi, hələ ki, sınaq müddətində olan peyvənddən 30 milyon, Fransanın "Valvena” şirkətinin peyvəndindən isə 60 milyon ədəd sifariş vermişdi./Publika.az

Xəbər lenti