Xəzər Xəbər

Koronavirusa qarşı peyvəndin qiyməti açıqlandı

Dünya | 12:31 • 29 İyul 2020
Koronavirusa qarşı peyvəndin qiyməti açıqlandı

Amerikanın "Moderna” biotexnologiya kompaniyası koronavirus əleyhinə peyvənd kursunun qiymətini 50-60 dollar səviyyəsində müəyyən edib ki, bu da bir dozaya görə 25-30 dollar təşkil edir.


Xezerxeber.az "Financial Times” qəzetinə istinadla xəbər verir ki, bu qiymət ABŞ-a və əhali gəlirlərinin yüksək olduğu digər ölkələrə şamil olunur.


Bununla yanaşı, koronavirusa qarşı vaksin hazırlayan digər kompaniyalar öz preparatlarını ucuz satmağı planlaşdırırlar. Ötən həftə ABŞ hökuməti ilə 100 milyon vaksin dozasının çatdırılması barədə razılıq əldə edən Amerikanın "Pfizer” və Almaniyanın "BioNTtech” kompaniyaları öz vaksinlərinin bir dozasını 19,5 dollar, Böyük Britaniya və İsveçin müştərək "AstraZeneca” kompaniyası isə 3-4 dollar həcmində qiymətləndirib.


Qeyd edək ki, iyulun 27-də "Moderna” kompaniyası COVID-19 əleyhinə eksperimental vaksin sınaqlarının final fazasının başladığını elan edib. Sınaqlarda 30 minə yaxın könüllü iştirak edəcək. "Associated Press” agentliyinin məlumatına görə, bu, könüllülərin sayına görə dünyada koronavirusa qarşı peyvəndin ən böyük sınaqlarıdır.

Xəbər lenti