Xəzər Xəbər

Yaponiya “Böyük yeddiliy”in cari strukturunun saxlanmasının tərəfdarıdır

Dünya | 11:18 • 29 İyul 2020
Yaponiya “Böyük yeddiliy”in cari strukturunun saxlanmasının tərəfdarıdır

Yaponiya hökuməti "Böyük yeddiliy”in cari strukturunun saxlanmasına tərəfdardır, lakin növbəti sammitin hansı formatda keçirilməsi sədr ölkə olan ABŞ-dan asılıdır.


Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa iyulun 29-da keçirilən ənənəvi mətbuat konfransında bildirib.


"Yaponiyanın mövqeyinə əsasən, G7-nin cari strukturunun saxlanması vacibdir. Lakin bununla yanaşı, növbəti sammitin yekun formatı hazırda quruma sədrlik edən ABŞ tərəfindən razılaşdırılacaq”, - deyə Y.Suqa bildirib.


Xatırladaq ki, bu günlərdə Almaniyanın Xarici İşlər naziri Hayko Maasa Ukraynanın şərqindəki vəziyyət və Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiyanın qrupa qayıtmasının mümkün olmadığını bəyan edib.


Qeyd edək ki, mayın 30-da Ağ ev ABŞ Prezidenti Donald Trampın G7 sammitini iyunun sonundan sentyabra dəyişmək və buraya Rusiya, Koreya Respublikası və Avstraliyanı dəvət etmək təşəbbüsü barədə məlumat yayıb. Kanada və Böyük Britaniya G7-nin Rusiyanın iştirakı ilə genişləndirilməsinin əleyhinə olduqlarını artıq bildiriblər. Koreya Respublikası və Avstraliya isə ABŞ liderinin dəvətini qəbul ediblər.

Xəbər lenti