Xəzər Xəbər

Yunanıstan ordusunda ilk dəfə Türkiyənin istehsal etdiyi dronlardan istifadə ediləcək

Dünya | 10:32 • 29 İyul 2020
Yunanıstan ordusunda ilk dəfə Türkiyənin istehsal etdiyi dronlardan istifadə ediləcək

Yunanıstan ordusunda axtarış-xilasetmə və yeraltı görüntü sistemləri üçün ilk dəfə olaraq Türkiyənin özəl sektoru tərəfindən istehsal olunan dronlar istifadə ediləcək.


Sondakika.com xəbər verir ki, Yunanıstan Türkiyədən əvvəlcə 50 cihaz alacaq.


Dronlar daha çox hava axtarışı və xilasetmə işləri, yeraltı sığınacaqların aşkarlanması, meşədə canlı və ya cansız insanların axtarışı və tapılması sahələrində xidmətlər göstərir.


Bu qurğular havadan yer altını görüntüləyə, sığınacaqları aşkarlaya və meşədəki şəxsi təyin edə, termal kameralar və sensorlar olan yeraltı tunellərin və ya otaqların olub-olmadığını müəyyən edə bilir.

Xəbər lenti