Xəzər Xəbər

Almaniya: “Koronavirusun ikinci dalğası başladı”

Dünya | 16:34 • 28 İyul 2020
Almaniya:

Son zamanlar koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb.


Mknews.de xəbər verir ki, Robert Kox İnstitutu vəziyyətin "son dərəcə həyəcanverici” dinamikasını açıqlayıb.


Saksoniyanın Baş naziri Maykl Kreçmer hesab edir ki, Almaniyaya artıq koronavirusun ikinci dalğası gəlib.


"Koronavirusun ikinci dalğası artıq buradadır. Hər gün yeni infeksiya ocaqları meydana çıxır ki, bu da çox böyük yoluxma sayına səbəb ola bilər”, - deyə siyasətçi həyəcan təbili çalır.


Yeni diaqnoz qoyulmuş koronavirus yoluxmalarının sayı əvvəlki gündən bir qədər azdır. Ancaq son 24 saat ərzində 781 yeni fakt aşkar edilib. İki gün əvvəl 805 yoluxma halı olduğu bildirilib. Almaniyada yoluxmaların ümumi sayı 204 964-ə, ölənlərin sayı isə yeddi nəfər artaraq, 9 118-ə çatıb.


Mütəxəssislər gündəlik həyatda tətbiq olunan qadağaların yumşaldılması, habelə Avropa daxilində sərbəst hərəkət və sərhədlərin açılmasının yoluxma hallarını daha da artıra biləcəyindən ehtiyat edirlər.


Səhiyyə orqanlarının qarşısında duran problem hər gün bu dalğalara qarşı mübarizə aparmaqdır. Tətil mövsümü və xaricə səyahətlər epidemiyanın ikinci dalğasına səbəb ola bilər.


Hazırda bir çox Avropa və qeyri-Avropa ölkələrində infeksiyaların sayı artır. Gələcəkdə Almaniyaya qayıdanlar ölkəyə gəldikdən sonra pulsuz və könüllü olaraq koronavirus testindən keçə biləcəklər. Federal ştatlardakı səhiyyə nazirləri və hökumət bu qərarı təsdiqləyib.

Xəbər lenti