Xəzər Xəbər

BMT maska, əlcək və dezinfeksiya vasitələrinin ətraf mühitə ziyanı barədə

Dünya | 14:20 • 28 İyul 2020
BMT maska, əlcək və dezinfeksiya vasitələrinin ətraf mühitə ziyanı barədə

Koronavirus pandemiyası dövründə istifadə olunan qoruyucu fərdi vasitələr ətraf mühitin çirklənməsi səviyyəsinə mənfi təsir göstərir.


Bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir.


Hesabatda qeyd olunur ki, maska, əlcək, dezinfeksiya vasitələri qabları küçələri, çimərlikləri və dünya okeanını zibilləyir.


O da vurğulanıb ki, plastik çirklənmə pandemiyaya qədər Yer kürəsi üçün ən böyük təhdid idi. Bu cür qoruyucu vasitələrin istifadəsi isə vəziyyəti daha da gərginləşdirir.


Bundan başqa, qeyd olunur ki, özünütəcrid rejiminin tətbiq olunması və bir çox müəssisələrin işinin dayanması ilə əlaqədar parnik qazının tullantıları bütün dünyada 5 faiz azalıb.

Xəbər lenti