Xəzər Xəbər

Tramp SEVİNDİRİCİ XƏBƏRİ bölüşdü: bir neçə günə...

Dünya | 14:50 • 28 İyul 2020
Tramp SEVİNDİRİCİ XƏBƏRİ bölüşdü:

ABŞ-da koronavirusa qarşı ikinci peyvəndin sınaqlarına başlanılacaq.


Bu barədə prezident Donald Tramp danışıb.


Şimali Karolina ştatındakı biotexnologiya mərkəzinə ziyarətindən sonra mətbuat konfransı keçirən Tramp bildirib ki, "Moderna” şirkətinin COVİD-19-a qarşı hazırladığı peyvəndin sınaqlarının son mərhələsi baş tutub. İkinci namizədin sınaqları isə yaxın günlərdə başlayacaq.


Viruslara qarşı peyvənd işlərinin adətən 1 ildən çox vaxt tələb etdiyini vurğulayan Tramp bu namizədlərin ən sürətli hazırlanan peyvəndlər ola biləcəyini qeyd edib.


"ABŞ çox yaxında peyvəndi hazırlayacaq və bu qorxunc virusu məğlub edəcək. bütün dünya Çin virusundan ötrü ağrı çəkir. Biz öz yoluxmalarımızın hesabatını tuturuq. Amma dünyanın bir çox ölkəsi bunu etmir. ABŞ-da bu günədək 52 milyondan çox test keçirilib”, - ABŞ prezidenti vurğulayıb./publika.az

Xəbər lenti