Xəzər Xəbər

Kim Çen Indan NÜVƏ MÜHARİBƏSİ açıqlaması

Dünya | 14:41 • 28 İyul 2020
Kim Çen Indan NÜVƏ MÜHARİBƏSİ açıqlaması

"Sahib olduğumuz nüvə silahlarının iştirakı ilə müharibə olmayacaq”.


Bu sözləri Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In deyib.


Koreya Müharibəsinin (1950-1953) başa çatmasının 67-ci ildönümü münasibətilə ötən gün ordu mənsubları və qazilərə xitabla çıxış edən Kim Çen nüvə silahlarını ölkəsinin təhlükəsizliyini və gələcəyini təminat altına almaq üçün saxladığını bildirib. O, nüvə proqramının müdafiə məqsədli olduğunu vurğulayıv və sahib olduğu bütün nüvə silahlarını başqa silahlı qarşıdurmanı aradan qaldırmaq üçün mütləq gücü qazanmaq məqsədilə əldə etdiyini bildirib.


"Artıq imperialist və düşmən qüvvələrdən gələ biləcək hər cür təzyiq və hərbi təhdudlər qarşısında özümüzü müdafiə edə bilirik. Etibarlı və effektiv, özünümüdafiə məqsədli nüvə silahlarımızı sayəsində artıq müharibə olmayacaq”, - Kim Çen ifadə edib./Publika.az

Xəbər lenti