Xəzər Xəbər

Dünyanın gözü Qara dənizdə: Rusiya qırıcılarından ABŞ-a AĞIR ZƏRBƏ

Dünya | 14:23 • 28 İyul 2020
Dünyanın gözü Qara dənizdə:

Qara dənizdəki gərginlik dünya mətbuatında rezonans doğurub.


Rusiyanın Su-27 qırıcılarının ötən gün ABŞ-ın Qara dənizdəki beynəlxalq sular üzərində uçan hərbi kəşfiyyat təyyarəsinə müdaxilə etdiyi bildirilib.


Rusiya Müdafiə Nazirliyinin açıqlamasında iyulun 27-də Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin sərhədinə yaxınlaşan və ərazidə möhkəmlənməyə cəhd edən hərbi təyyarənin təyin olunduğu qeyd edilib.


"Cənub hərbi bölgədəki Su-27 Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi, hədəfi dayandırmaq üçün əraziyə gedib. Döyüş qrupu hədəfə təhlükəsiz məsafədən yaxınlaşdı və ABŞ-ın Poseidon kəşfiyyat təyyarəsi olduğu ortaya çıxdı'', - nazirliyin açıqlamasında qeyd olunub./Publika.az

Xəbər lenti