Xəzər Xəbər

Gürcüstanın Baş naziri və ABŞ dövlət katibi regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Dünya | 13:50 • 28 İyul 2020
Gürcüstanın Baş naziri və ABŞ dövlət katibi regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.


Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, oktyabrın sonlarında Gürcüstanda keçiriləcək parlament seçkilərinə hazırlıq, koronavirus pandemiyasına qarşı mübarizə məsələləri diqqət mərkəzində olub. Pandemiya ilə əlaqədar təxirə salınan ABŞ-Gürcüstan strateji tərəfdaşlıq Xartiyasının növbəti iclası barədə fikir mübadiləsi aparılıb. Tərəflər iclasın ilin sonunda keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.


Telefon söhbəti zamanı regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. M.Pompeo ABŞ hökumətinin regionda gedən prosesləri diqqətlə izlədiyini və bölgədə sülhün təmin edilməsində maraqlı olduğunu bildirib.

Xəbər lenti