Xəzər Xəbər

10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi

Dünya | 10:38 • 15 İyul 2020
10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi

Effektliselfi çəkmək istəyi növbəti dəfə faciə ilə nəticələnib. Bu dəfə 10 yaşlı məktəbli həyatını itirib.

5-tv.ru-nun məlumatına görə, hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

Üçüncü sinif şagirdi olan məktəblikörpüdə dəmir yollarının fonunda şəkil çəkdirmək istəyib. Riskli selfi uğursuzluqla nəticələnib, uşaq yıxılıb.

Hadisə yerinə axtarış-xilasetmə bölməsinin əməkdaşları cəlb olunub. Məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, uşaq aldığı travmalardanhəyatını itirib.

Xəbər lenti