Xəzər Xəbər

Türkiyədə PKK-ya qarşı yeni antiterror əməliyyatı keçirilir

Dünya | 17:18 • 14 İyul 2020
Türkiyədə PKK-ya qarşı yeni antiterror əməliyyatı keçirilir

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı antiterror əməliyyatlarını genişləndirir.


Xezerxeber.az xəbər verir ki, Şirnak vilayətində həyata keçirilən əməliyyata "Yıldırım-1 Cudi” şərti adı verilib. Bildirilir ki, Cudi dağından başlanan bu əməliyyat sistemli şəkildə davam etdiriləcək.


Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları terror təşkilatlarını təşvişə salıb. Xüsusilə PKK sıralarını sürətlə tərk edən terrorçular təslim olmaqda davam edirlər. Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalındakı terror düşərgələrindən qaçan daha 4 PKK üzvü Silopidə Türkiyə polisinə təslim olub.


İdlibdə isə Türkiyənin patrul karvanına hücum edilib. Hücum nəticəsində itki olmadığı, iki hərbi avtomaşına qismən ziyan dəydiyi bildirilir.

Xəbər lenti