Xəzər Xəbər

Qırğızıstanın Xarici İşlər naziri koronavirusa yoluxub

Dünya | 12:23 • 14 İyul 2020
Qırğızıstanın Xarici İşlər naziri koronavirusa yoluxub

Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov koronavirusa yoluxub.

Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, nazir bir müddət distant rejimdə işləyəcək.

Qırğızıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə bildirib ki, son sutkada ölkədə 421 nəfər virusa yoluxub. Ümumiyyətlə, pandemiya dövründə virusa tutulanlar 11 min 538 nəfərdir.

Bildirilib ki, son gündə 94 tibb işçisi bu virusa yoluxub və onların sayı 1875-ə çatıb. İndiyədək koronavirusdan 149 nəfər vəfat edib.

Xəbər lenti