Xəzər Xəbər

Yaponiya və ABŞ Ayın birlikdə öyrənilməsi üzrə əməkdaşlıq barədə bəyannamə imzalayıblar

Dünya | 11:08 • 11 İyul 2020
Yaponiya və ABŞ Ayın birlikdə öyrənilməsi üzrə əməkdaşlıq barədə bəyannamə imzalayıblar

Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin və ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) nümayəndələri Ayın öyrənilməsi proqramında əməkdaşlıq barədə birgə bəyannaməni imzalayıblar.


Layihə Yerin süni peykinin üzərinə 2024-cü ildə enməni nəzərdə tutur.


Həmçinin bəyannamədə Yaponiya tərəfinin Ay ətrafında dolanacaq "Gateway” stansiyasının yaradılacağı bildirilir.


Xatırladaq ki, Yaponiya hökuməti 2019-cu ilin sentyabrında NASA-nın Ayın öyrənilməsi proqramına qoşulmaq istədiyini elan edib.


Ötən ilin yazında NASA Ayın tədqiqi üzrə proqramın "Artemis” adlandırılacağını bildirib. Proqramın 3 mərhələdə həyata keçiriləcəyi qeyd edilir. Belə ki, birinci mərhələdə "Space Launch System” raketi vasitəsilə "Orion” pilotsuz gəmisinin Ayətrafı orbitə çıxarılması və sonradan Yerə qayıtması, ikinci mərhələdə göyərtəsində heyət olan peykin uçuşu və sonuncu mərhələdə isə astronavtların Aya enişi planlaşdırılır. Birinci mərhələnin 2020-ci ilin ikinci yarısında, ikinci mərhələnin 2022-ci ildə, sonuncunun isə 2024-cü ildə həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti