Xəzər Xəbər

Gürcüstanda meşə yanğınları davam edir

Dünya | 15:11 • 8 İyul 2020
Gürcüstanda meşə yanğınları davam edir

Gürcüstanın Mestia rayonunda meşə yanğınları dördüncü gündür davam edir.


Yanğın artıq 300 min kvadratmetrdən çox ərazini məhv edib. Yanğının söndürülməsinə 200-ə yaxın canlı qüvvə, 10 xüsusi texnika, Gürcüstanın Sərhəd Polisinin 4 helikopteri cəlb olunub. Hadisə yerinə paytaxt Tbilisi, Kvemo Kartli və digər bölgələrdən də yanğınsöndürənlər gətirilib. Relyefin mürəkkəbliyi və küləkli hava yanğının söndürülməsini çətinləşdirib. Bununla belə artıq dörd aktiv yanğın ocağının üçü lokallaşdırılıb.


Hadisə ilə bağlı xüsusi qərargah yaradılıb. Yanğının tam aradan qaldırılması üzrə tədbirlər davam etdirilir. Sinoptiklərin məlumatına görə, bu gündən Gürcüstan ərazisində hava şəraiti kəskin dəyişəcək. Ölkənin əksər bölgələrində leysan yağışları yağacaq, daşqın və torpaq sürüşməsi ehtimalı artacaq. Dənizdə 3-4 ballıq qasırğa barədə xəbərdarlıq edilib.

Xəbər lenti