Xəzər Xəbər

Rusiya ərazilərinin özgəninkiləşdirilməsinə qadağa qoyan qanun layihəsi hazırlanıb

Dünya | 14:53 • 8 İyul 2020
Rusiya ərazilərinin özgəninkiləşdirilməsinə qadağa qoyan qanun layihəsi hazırlanıb

Dövlət Duması Rusiya ərazilərinin özgəninkiləşdirilməsinə qadağa qoyan qanun layihəsini hazırlayaraq hökumətə təqdim edib.


Bu barədə jurnalistlərə Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsinin sədri Pavel Kraşeninnikov məlumat verib.


O deyib ki, qanun layihəsinin hazırlanmasında məqsəd ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Deputatlar Rusiya ərazilərinin özgəninkiləşdirilməsi cəhdlərini ekstremizm kimi qiymətləndirməyi təklif edilər.


Layihədə Cinayət Məcəlləsində ölkənin ərazi bütövlüyünün pozulmasına görə, 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təklif olunur. Ərazi bütövlüyünün pozulmasına çağırışlara görə, 300 min rubladək (təxminən 7 min manat) cərimə tətbiq edilə bilər.

Xəbər lenti