Xəzər Xəbər

Rusiyada koronavirusa yoluxanların sayı 700 mini keçib

Dünya | 13:51 • 8 İyul 2020
Rusiyada koronavirusa yoluxanların sayı 700 mini keçib

Ötən gün Rusiyada 6562 nəfərdə koronavirus infeksiyası aşkar edilib.


Xezerxeber.az xəbər verir ki, gün ərzində 173 xəstə vəfat edib, 8631 nəfər sağalaraq evə buraxılıb. Hazırda ölkədə 217 min 612 nəfər bu xəstəlikdən müalicə olunur.


Rusiyada bütün dövr ərzində infeksiyaya yoluxanların ümumi sayı 700 min 792 nəfərə, sağalanların sayı 472 min 511 nəfərə çatıb, 10 min 667 pasiyent vəfat edib.


Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur.

Xəbər lenti