Xəzər Xəbər

ÜST ABŞ-ın təşkilatdan çıxmaq barədə rəsmi məlumat göndərdiyini təsdiqləyib

Dünya | 13:11 • 8 İyul 2020
ÜST ABŞ-ın təşkilatdan çıxmaq barədə rəsmi məlumat göndərdiyini təsdiqləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-dan 2021-ci il iyulun 6-da təşkilatdan çıxacağı barədə rəsmi məlumat aldığını təsdiqləyib.


Xezerxeber.az Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi məlumat verib.


"Biz ABŞ-ın 2021-ci il iyulun 6-da Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı barədə BMT-nin Baş katibinə rəsmi bildiriş göndərdiyi barədə məlumat almışıq. Hazırda bu məsələ ilə bağlı əlavə məlumata malik deyilik”, - deyə təşkilatının rəsmi nümayəndəsi bildirib.


İyulun 7-də BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-ın Antoniu Quterrişə 2021-ci il iyulun 6-da Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı barədə bildiriş göndərdiyi barədə məlumat vermişdi. Onun sözlərinə görə, BMT-nin Baş katibi ABŞ-ın təşkilatdan çıxma prosedurunda nəzərdə tutulan şərtləri yerinə yetirilməsini yoxlamalıdır. Bu şərtlərə təşkilatı tərk etmə barədə bir il öncədən məlumatlandırma və maliyyə öhdəliklərinin yerinə yetirilməsi daxildir.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 29-da Vaşinqtonun ÜST ilə əlaqələri dayandırmaq niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, Çin hakimiyyəti və ÜST rəhbərliyi yeni koronavirusun yayılması ilə bağlı lazımı tədbirləri görməyib.


Xəbər lenti