Xəzər Xəbər

COVID-19 xəstələrini izləyən sistem yaradılıb

Dünya | 16:59 • 7 İyul 2020
COVID-19 xəstələrini izləyən sistem yaradılıb

Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi geolokasiya və mobil rabitə operatorlarının məlumatları əsasında koronavirusa yoluxanların izlənilməsi qaydalarını hazırlayıb.


Xezerxeber.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qaydaların əsasını Səhiyyə Nazirliyinin COVID-19 xəstəsinin telefon nömrəsi haqqında məlumatları təşkil edəcək. Bundan sonra xüsusi alqoritmlər xəstə ilə birlikdə olan, eləcə də mobil rabitə vasitəsilə yoluxmuş şəxslə əlaqə yaradan insanların siyahısını tərtib edəcək.


Siyahı abunəçilərin birlikdə keçirdikləri vaxt və müşahidə olunan dövr ərzində hərəkət xüsusiyyətləri haqqında məlumatları nəzərə alınaraq dəqiqləşdiriləcək. Nəticədə xəstə ilə birbaşa ünsiyyət zamanı COVID-19-a yoluxma riskinə məruz qalan abunəçilərin telefon nömrələrinin siyahısı yaradılacaq. Əldə olunan məlumatlar Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin informasiya resurslarında mərkəzləşdirilərək Rusiya Federasiyasının operativ qərargahlarına, Rusiya Qvardiyasına, Daxil İşlər və Səhiyyə nazirliklərinə göndəriləcək.


Hökumət rəsmilərinin sözlərinə görə, COVID-19 xəstələri ilə təmasda olanların mobil telefonlarının məlumatları əsasında izlənilməsi onların hüquqlarını pozmur.

Xəbər lenti