Hazırda Moldovada koronavirus infeksiyasına yoluxanların sayı 17 min 906-dır.
Ölkənin Səhiyyə Nazirliyi məlumat verir ki, Moldovada bu virusdan ölənlərin sayı 598-ə çatıb. Xəstələrin 391-nin vəziyyəti ağır qiymətləndirilir. Koronavirusa yoluxan xəstələrin 58,7 faizi qadınlardır.
Pandemiya dövründə 11241 nəfər tam sağalaraq evə buraxılıb.