Xəzər Xəbər

Latın Amerikasında koronavirusdan ölüm hallarının sayı artıb

Dünya | 13:36 • 6 İyul 2020
Latın Amerikasında koronavirusdan ölüm hallarının sayı artıb

Latın Amerikasında koronavirusa yoluxma hallarının sayı artmaqdadır. Braziliya, Meksika və Peru dünyada koronavirusdan ölüm hallarının daha çox qeydə alındığı on ölkə sırasındadır.


Virusdan ölənlərin sayına görə Braziliya yalnız Birləşmiş Ştatları özündən irəli buraxıb. Rəsmi məlumatlara görə, son 3 ayda 64.365 nəfər koronavirusun qurbanına çevrilib. Şənbə günü Meksika Fransanı özündən arxada qoyaraq beşinci yerə yüksəlib. Meksikada virusdan ölənlərin sayı 30.366 nəfər təşkil edir. Bu, dünyada virusun ən sürətlə yayılma göstəricisidir. Beləliklə, son iki həftə ərzində Meksikada ölənlərin rəsmi sayı təqribən 10.000 nəfər artıb. Hazırda Peru dünyada koronavirusdan ölənlərin sayına görə 10-cu yeri tutur.


Koronavirusdan bütün dünya üzrə ölənlərin sayının (536.392 nəfər) 19,6 faizi bu üç ölkənin payına düşür. Bu arada Birləşmiş Ştatlar insanların Meksika və Kanada sərhədlərindən buraxılmasına qoyulan məhdudiyyətin müddətini iyulun 21-dək uzadıb.

Xəbər lenti