Xəzər Xəbər

Kim Çen In Şimali Koreyada koronavirusun olmadığının səbəbini açıqladı

Dünya | 11:52 • 3 İyul 2020
Kim Çen In Şimali Koreyada koronavirusun olmadığının səbəbini açıqladı

KXDR lideri Kim Çen In koronavirusun qarşısının alınması üçün ölkəni necə idarə etdiyini deyib.


Bu barədə məlumatı RİA Novosti yazır.


Onun sözlərinə görə, virus İşçi Partiyası Mərkəzi Komitəsi və insanların birliyi sayəsində saxlanıla bilər.


"Hörmətli rəhbər, dövlətin altı aylıq fövqəladə epidemiya nəzarətini xüsusi təhlil etdi və dedi ki, qlobal sağlamlıq böhranına baxmayaraq, zərərli virusun ərazimizə girməsinin tamamilə qarşısını alırıq və stabil bir epidemiya vəziyyətini qoruyuruq” deyib Mərkəzi Teleqraf Agentliyi.


Agentliyin məlumatına görə, Kim Çen In vurğulayıb ki, Partiya Mərkəzi Komitəsinin uzaqgörən rəhbərlik bacarığı və bütün insanların yüksək şüurlu birliyi sayəsində qürurverici bir nailiyyət əldə edilib.


Rəsmi məlumatlara görə, KXDR-də bu günə qədər koronavirusla yoluxma hadisəsi qeydə alınmayıb.

Xəbər lenti