Xəzər Xəbər

İranda dəhşət - 10 mindən çox insan bu səbəbdən öldü

Dünya | 16:44 • 25 İyun 2020
İranda dəhşət -

İranda koronavirusdan dünyasını dəyişənlərin sayı 10 mini ötüb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sədat Lari son sutka ərzində 134 nəfərin öldüyünü, 2 min 595 nəfərin virusa yoluxduğunu açıqlayıb.

Beləliklə, İranda ölüm sayı 10 min 130-a, yoluxma sayı isə 215 min 96-ya yüksəlib.

Xəstələrdən 2 min 899-nun vəziyyəti kritik qiymətləndirilir.

Yoluxanlardan 175 min 103 nəfər sağalıb.

Bu günədək ölkədə 1 milyon 530 min 437 test aparılıb.

Xəbər lenti