Xəzər Xəbər

6 min nəfər birdən işdən çıxarılacaq Daha bir ölkə çıxılmaz vəziyyətdə

Dünya | 15:43 • 25 İyun 2020
6 min nəfər birdən işdən çıxarılacaq

Avstraliyada koronavirus pandemiyasına görə vəziyyət ağırlaşır.

Ölkədə bu günə qədər 104 nəfər xəstəlik səbəbilə dünyasını dəyişib.

Viktoriya ştatında yoluxmaların artması ölkədə ikinci dalğa narahatlıqlarını gündəmə gətirib.

Yeni Cənubi Uels ştatında son həftə ərzində 28 yoluxma qeydə alınıb.

Ölkədə bu günədək 7 min 521 nəfər infeksiyaya yoluxub. Onlardan 6 min 924 nəfəri sağalıb.

Son günlərdə ani artımlarla mübarizə aparmağa çalışan Viktoriya ştatının hökuməti son sutka ərzində 33 nəfərə virus yoluxduğunu öyrəndikdən sonra Avstraliya ordusundan yardım tələb edib. Ştatda virusla mübarizə üçün 1000 nəfərlik hərbi heyət xidmətə çağırılıb. Onlar sərt karantinə nəzarət edəcək və virusun çox olduğu bölgələrdə logistik dəstək verəcək.

Avstraliyanın milli hava yolları şirkəti "Qantas” COVID-19-un mənfi təsirlərindən xilas olmaq məqsədilə əksəriyyəti beynəlxalq şöbələrdə olmaqla, 6 min əməkdaşını işdən çıxaracaq. Onlara ödəniləcək kompensasiyanın ümumi həcmi 60 milyon dollardır.

Növbəti illərdə ortaya çıxması ehtimal edilən 15 milyard dollarlıq xərcdən qaçmaq üçün 12 ay ərzində 100-ə yaxın təyyarəsini depoya göndərəcəyini elan edən şirkət daha əvvəl tətilə göndərilən 15 min işçinin nə zaman geri dönəcəyini bildirməyib.

Qeyd edək ki, ölkə sərhədlərinin ilin sonuna qədər bağlı qalmasına görə "Qantas” oktyabra kimi təyin edilən bütün uçuşları ləğv edib./publika.az

Xəbər lenti