Yeni tip koronavirus pandemiyasının ortaya çıxdığı Çində son sutka ərzində 19 yeni yoluxma faktı aşkarlanıb.
Bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.
Xəbərə görə, yoluxanlardan 5 nəfəri xaricdən ölkəyə daxil olub. 13 nəfər isə paytaxt Pekində qeydə alınıb. Son sutkada ölüm faktı olmayıb.
Beləliklə, bu günə qədər Çində koronavirusa yoluxanların sayı 83 min 499, ölənlərin sayı 4 min 634 nəfərdir. 78 min 433 nəfər xəstəliyə qalib gəlib.
Ötən gün 24 saat ərzində yoluxanların sayı 12 olmuşdu./Publika.az