Xəzər Xəbər

Gürcüstanda aviareyslərin bərpası iyulun sonunadək təxirə salına bilər

Dünya | 14:48 • 25 İyun 2020
Gürcüstanda  aviareyslərin bərpası iyulun sonunadək təxirə salına bilər

Gürcüstanda müntəzəm beynəlxalq aviareyslərin bərpası iyulun sonuna qədər təxirə salına bilər.

Bu barədə Gürcüstanın Davamlı İnkişaf və İqtisadiyyat naziri Natia Turnava deyib.

Onun sözlərinə görə, beynəlxalq avireyslərin bərpasının uzadılması dünyadakı epidemioloji vəziyyətlə əlaqədardır.

"Çox böyük ehtimalla Gürcüstan müntəzəm beynəlxalq aviauçuşları iyulun sonadək təxirə salacaq”, - deyə nazir vurğulayıb.

Xəbər lenti