Xəzər Xəbər

Rusiya bu gündən səsverməyə gedir Qəbul edilsə, Putin...

Dünya | 15:15 • 25 İyun 2020
Rusiya bu gündən səsverməyə gedir

Bu gün Rusiyada referendum səsverməsinə başlanıb.

Prezident Vladimir Putinin 4 il sonra yenidən dövlət başçısı seçilmək üçün namizədlik verməsini təmin edəcək və ölkədə siyasi sistemi dəyişdirəcək konstitusiya dəyişikliyi xalqın səsverməsinə təqdim olunub.

Putinin istəyi ilə hazırlanan dəyişikliklər üçün referendum koronavirus pandemiyası səbəbilə müəyyən edilən tarixdən daha erkən açılıb.

Proses pandemiyaya qarşı qabaqlayıcı tədbirlər çərçivəsində 7 gün davam edəcək. Dəyişikliklər xalq tərəfindən qəbul edilərsə, iki dəfə prezident seçilmək haqqından istifadə edən Putin yenidən dövlət başçısı olmaq yarışına girəcək.

Qeyd edək ki, referendumun 22 apreldə keçirilməsi planlaşdırılmış, lakin pandemiyaya görə 1 iyula təxirə salınmışdı./publika.az

Xəbər lenti