Xəzər Xəbər

Məşhur professor virusla bağlı KRİTİK MƏQAMLARI açıqladı: Bu dərmanları qəbul edənlər təhlükədədir

Dünya | 14:46 • 25 İyun 2020
Məşhur professor virusla bağlı KRİTİK MƏQAMLARI açıqladı:

Kortikosteroid hormonlu dərmanlar qəbul edənlər koronavirus üçün ciddi risk faktorudur.


XəzərXəbər xəbər verir ki, bunu Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq İnfeksion Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.


Professor koronavirusa yoluxma riski daşıyan kateqoriyalara bu xəstəlikləri aid edib: "Nəzarətsiz hipertəzyiq, ağciyər, şəkər, qaraciyər, böyrək kimi xroniki xəstəliklər bu siyahının başında gəlir. Bu xəstəlikləri daşıyanlarda immun sistemi az işləyir. Bundan başqa, xərçəng xəstələri, bu xəstəlikdən müalicə alanlar immun sisteminə təsir göstərən dərmanlar qəbul etdikləri üçün risk faktoruna daxil edilib. İmmun sisteminə təsir göstərən preparatlardan istifadə etməyənlər risk qrupunda deyil. Astma qripdəki qədər koronavirusda risk təşkil etmir. Yaş faktorunu burada ciddi nəzərə almaq lazımdır".


Ümumdünya Səhiyyə Təşkilatının payızda ikinci dalğanın başlaya biləcəyinə dair açıqlamasını şərh edən professor bildirib ki, birinci dalğa hələ bitməyib: "Hazırda yaşananlar ikinci dalğa deyil, birinci dalğanın dalğalanmalarıdır. Belə epidemiyalarda düz xətlər olmaz. İkinci dalğa virusun mutasiya keçirməsi ilə başlayacaq".


M.Ceyhan payızda yoluxmaların azalacağını proqnozlaşdırır: "Bütün böyük əhalisi olan ölkələrdə heç müdaxilə edilməzsə, yoluxma aylar ərzində azalar". (publika.az)

Xəbər lenti