Xəzər Xəbər

Nikolas Maduro öz istefası barədə referendum keçirməyə hazırdır

Dünya | 14:24 • 25 İyun 2020
Nikolas Maduro öz istefası barədə referendum keçirməyə hazırdır

Venesuela Prezidenti Nikolas Maduro vaxtından əvvəl istefaya getməsi ideyasının tərəfdarlarının yetərincə qədər imza toplayacağı təqdirdə 2022-ci ildə bununla bağlı referendum keçirməyə hazır olduğunu bəyan edib.


Xezerxeber.az xəbər verir ki, Nikolas Maduro bunu dövlət televiziyasının efirində deyib. "2022-ci il yanvarın 10-da dövlət başçısının səlahiyyətlərinin dayandırılması barədə referendumun keçirilməsi üçün imza toplamaq olar. Arzu edənlər imza yığmaq üçün küçələrə çıxa bilərlər”, - deyə 2019-cu il yanvarın 10-da prezident seçilən və səlahiyyətləri 2025-ci ildə bitəcək Venesuela lideri bildirib.


Nikolas Maduro bu il Milli Assambleya (müxalifətin nəzarət etdiyi birpalatalı parlament), 2021-ci ildə isə bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb.


Venesuela konstitusiyasına əsasən, dövlət başçısı vəzifəsinin müddəti yarıya çatdıqdan sonra prezidentin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə referendum keçirmək mümkündür.

Xəbər lenti