Xəzər Xəbər

Braziliyada bir sutka 41 minə yaxın koronavirus xəstəsi aşkarlanıb

Dünya | 13:47 • 25 İyun 2020
Braziliyada bir sutka 41 minə yaxın koronavirus xəstəsi aşkarlanıb

Braziliyada son sutka ərzində koronavirusa 40 min 995 yoluxma halı qeydə alınıb. Bu, iyunun 19-dan (54 min 771 nəfər) sonra ən yüksək göstəricidir.


Xezerxeber.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində ölkədə 1103 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.


Braziliyanın cənub-şərqində yerləşən San-Paulu ştatı və onun eyniadlı administrativ mərkəzi ölkədə infeksiyanın ocağı hesab olunur. Regionda 238 mindən çox yoluxma və 13 min 552 ölüm faktı qeydə alınıb. Rio-de-Janeyro ştatında 103 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 9 min 295 nəfər isə həyatını itirib.


Saytın Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, hazırda Braziliyada virusa yoluxanların sayı 1 milyon 192 mini ötüb, 53 min 874 nəfər ölüb, sağalananlar isə 650 min nəfərə yaxındır. Ölkə koronavirusa yoluxma hallarına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur.


Qeyd edək ki, Braziliya Prezidenti Jair Bolsonaru dəfələrlə koronavirus təhdidini şişirdilmiş saydığını bildirib. Həkimlərin tövsiyəsinə baxmayaraq o, maskadan və əlcəkdən istifadə etmir, kütləvi tədbirlərə qatılır, eyni zamanda izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxırdı. Prezident pandemiya şəraitində tətbiq ediləcək strategiya barədə mübahisələrdən sonra aprelin ortalarında Səhiyyə nazirini istefaya göndərib.

Xəbər lenti