Xəzər Xəbər

Rusiya XİN ABŞ-ın qoşunlarını Polşaya yerləşdirmə planlarına münasibət bildirib

Dünya | 13:19 • 25 İyun 2020
Rusiya XİN ABŞ-ın qoşunlarını Polşaya yerləşdirmə planlarına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Almaniyadakı qoşunlarını Polşaya yerləşdirməsi ilə bağlı planlarına münasibət bildirib.


Rusiya XİN-dən bildirilib ki, ehtiyac olacağı təqdirdə dövlətin və müttəfiqlərin təhlükəsizliyi üçün tədbirlər görüləcək.


"Rusiya lazım gələrsə, dövlətin və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək”, - deyə qeyd olunub.


Xatırladaq ki, Polşa Prezidenti Anjey Duda ABŞ lideri Donald Trampa Amerika hərbi kontingentini Avropadan çıxarmaması xahişi ilə müraciət edib, Varşavanın ABŞ qoşunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb. Donald Tramp isə buna cavabında Vaşinqtonun Polşaya əlavə qoşunlar göndərə biləcəyini, lakin bunun xərcini Varşavanın ödəyəcəyini bildirib.

Xəbər lenti