Hazırda Moldovada koronavirus infeksiyasına yoluxanların sayı 15 min 78-dir.
Moldovanın Səhiyyə Nazirliyi xəbər yayıb ki, ölkədə bu virusdan ölənlərin sayı 502-yə çatıb. Xəstələrin 455-nin vəziyyəti ağır qiymətləndirilir.
Pandemiya dövründə 8599 nəfər tam sağalaraq evə buraxılıb.