Vaşinqton Varşava ilə Polşada atom enerjisinin inkişafı sahəsində əməkdaşlıq haqqında saziş üzərində işləyir.
Bunu Ağ Evdə Polşa Prezidenti Andjey Duda ilə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Polşada atom elektrostansiyalarının yaradılmasını asanlaşdıracaq bir razılaşma üzərində işləyirik. Onlar bizim çox yaxşı, çox böyük şirkətlərimizdən birindən mülki atom enerjisi üçün texnologiyalar alacaqlar".