Xəzər Xəbər

Ukraynada koronavirusla bağlı təhlükəli epidemioloji vəziyyət davam edir

Dünya | 11:53 • 25 İyun 2020
Ukraynada koronavirusla bağlı təhlükəli epidemioloji vəziyyət davam edir

Ukraynada koronavirusun yayılması ilə əlaqədar təhlükəli epidemioloji vəziyyət davam edir.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.


Məlumata görə, Ukraynada son sutkada koronavirusa 994 nəfər yoluxub. Ən çox yoluxma Kiyev, Lvov və Odessa və Zakarpatı vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 min 8 nəfərə çatıb. 17 min 758 nəfər isə müalicə alınaraq evə buraxılıb. Bu virusdan ölənlərin sayı 1067 nəfərdir.


Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Bəzi bölgələrdə karantin vəziyyəti sərtləşdirilib.

Xəbər lenti