Xəzər Xəbər

Rusiyada Federal Xidmətin 2132 əməkdaşı koronavirusa yoluxub

Dünya | 10:47 • 25 İyun 2020
Rusiyada Federal Xidmətin 2132 əməkdaşı koronavirusa yoluxub

Rusiya Cəzaların İcrası Federal Xidmətinin 2 132 əməkdaşı və 766 dustaq yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidmətinin direktorunun müavini Aleksandr Xabarov bildirib.


O qeyd edib ki, virusa yoluxan əməkdaşlardan 1037 nəfər sağalıb.


"Virusa yoluxan dustaqlardan isə 292 nəfər sağalıb”, - deyə A. Xabarov vurğulayıb.

Xəbər lenti