Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxanların sayı 917 nəfərə çatıb

Dünya | 10:41 • 25 İyun 2020
Gürcüstanda koronavirusa yoluxanların sayı 917 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.


Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 917 nəfərə çatıb.


Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2744 nəfər karantində saxlanılır, 258 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 776 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

Xəbər lenti