Xəzər Xəbər

İran ABŞ-ın sanksiyalarının uğursuz olduğunu bəyan edib

Dünya | 09:27 • 25 İyun 2020
İran ABŞ-ın sanksiyalarının uğursuz olduğunu bəyan edib

"ABŞ-ın İran tankerlərinin kapitanlarına Venesuelaya yanacaq tədarükü üçün tətbiq etdiyi sanksiyalar Vaşinqtonun təzyiqlərinin uğursuz olduğuna dəlalət edir”.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi "Twitter” səhifəsində yazıb.


O, Pompeonun açıqlamasına xitabən ABŞ-ın İran vətəndaşlarına qarşı çıxılmaz addımlarını - "maksimum təzyiq”in yalnız sözdən ibarət olduğunu vurğulayıb.


"ABŞ-ın təzyiqlərinə baxmayaraq, İran və Venesuela ABŞ-ın qanunsuz sanksiyalarına qarşı mübarizədə səbirsiz qalırlar”, deyə Musəvi əlavə edib.


Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın Venesuelaya yanacaq tədarükünə görə İran tankerlərinin beş kapitanına qarşı sanksiya tətbiq etdiyini bildirmişdi.

Xəbər lenti