Xəzər Xəbər

Dünyada koronovirusdan ölənlərin sayı 470 mini ötüb

Dünya | 09:04 • 25 İyun 2020
Dünyada koronovirusdan ölənlərin sayı 470 mini ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,1 milyonu keçib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.


ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 135 mindən çox yoluxma aşkar edilib.


Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 4 187 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 473 797 təşkil edir.


Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 9 129 146 nəfərdir.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Xəbər lenti